Xəbər lenti

Qəzanı törədən avtobus sürücüsü tutuldu
Ölkə11:21 24.02.2016

Qəzanı törədən avtobus sürücüsü tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qəza törədən 62 saylı sərnişin avtobusunun sürücüsü Anar İsmayılov saxlanılıb.

Qaynar.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, Nizami Rayon Polis idarəsində sürücünün izahatı alınıb. Hadisə ilə bağlı Cinayət məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cinayət işi başladılıb.

İstintaq hərəkətlərı davam etdirilir.

Qeyd edək ki, bu gün baş verən qəza nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Hadisəyə səbəb olan avtobusun sürücüsünün isə qəzadan sonra hadisə yerindən qaçdığı bildirilirdi.

Qaynar.info