Xəbər lenti

Qəzaya düşən təyyarədə azərbaycanlı milyonçunun qızı da olub (FOTOLAR)
Ölkə08:31 28.02.2019

Qəzaya düşən təyyarədə azərbaycanlı milyonçunun qızı da olub (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıdan havaya qalxan və Moskvanın "Şeremetyevo” hava limanında qəzalı eniş edən biznes-jet təyyarəsində azərbaycanlı milyarder Fərhad Əhmədovun qızı Ariya Əhmədova da olub.
Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, iş adamının 3 yaşlı qızı dayəsi ilə birgə Bakıdan Moskvaya uçurmuş. Təyyarənin aeroportda qəzalı eniş etməsi Əhmədovlar ailəsini təşvişə salıb.
Qeyd edək ki, F. Əhmədov birinci xanımı ilə qalmaqallı şəkildə boşanmışdı. Maraqlıdır ki, onun ikinci evliliyi ilə bağlı nə yerli, nə də Rusiya mediasında məlumat yayımlanıb. 
Digər xəbərə görə, iş adamının ikinci evliliyindən bir oğlu və bir qızı var. Əhmədov bu yaxınlarda qızı Ariyaya Bakıda təmtəraqlı ad günü mərasimi keçirib.