
Əməkdar artist, Azərbaycan Dövlət Rəqs Ansamblının solisti Elizbar Osmanovun son vəziyyəti açıqlanıb.
Bu barədə Qaynarinfo-ya Əməkdar artistin yaxınları məlumat verib.
Bildirilib ki, Elizbar Osmanov süni tənəffüs aparatından ayrılıb, təzyiqi normallaşıb, həyati təhlükəsi yoxdur.
Qeyd edək ki, E. Osmanovu oktyabrın 26-da avtomobil vurub. Hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.
Günay İlqarqızı