"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi 2024-cü il üçün strateji planını təsdiq edib.
Bu barədə ictimai birlikdən məlumat verilib.
Məlumata görə, birlik 2024-cü ildə müxtəlif sahələrdə alternativ hesabatlar hazırlayacaq. Bunun üçün Birlik mütəxəssislərdən ibarət araşdırma qrupu yaradıb. Qrupa tanınmış jurnalist Jalə Sabirqızı rəhbərlik edəcək.
Qeyd edilib ki, vətəndaş cəmiyyətinin əsas fəaliyyət istiqamətlərindən biri də alternativ hesabatlar hazırlamaq olsa da, son dövrlər bu sahədə fəaliyyət o qədər də çox deyil. Hazırda bir çox sahədə dataların toplanılaraq analiz edilməsinə, alternativ araşdırma və hesabatlara böyük ehtiyac var. Bunu nəzərə alan araşdırma qrupu müxtəlif sahələrdə mövcud vəziyyəti analiz edəcək, bununla bağlı statistik təhlillər aparacaq, təklif və tövsiyyələr hazırlayacaq. Bu istiqamətdə fəaliyyətə özəl sektor, media, dövlət orqanları da daxil olmaqla müxtəlif qruplar cəlb ediləcək.