Xəbər lenti

QHT-dən istedadlı gənclərə dəstək - FOTO
Ölkə10:07 30.05.2015

QHT-dən istedadlı gənclərə dəstək - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci il dönümü ilə əlaqədar Xəzər rayon Gənclər və İdman İdarəsinin binasında gənc rəssam Nofəl Abbasquluyevin tələbələrinin əl işlərindən ibarət sərgi keçirilib. 
Qhtxeber.az-ın verdiyi məlumata görə, tədbir Xəzər rayon Gənclər və İdman İdarəsi,Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi tərtərəfindən təşkil edilib. 
Sərgiyə tamaşa edən qonaqlar gənc rəssamların işlərini yüksək dəyərləndiriblər. Qonaqlar  dövlət tərəfindən istedadlı gənclərə  verilən dəstəyin əhəmiyyətini vurğulayaraq, bu cür tədbirlərin cəmiyyətin inkişafı üçün önəmli olduğunu qeyd ediblər. 
“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad sərginin əhəmiyyətini, dövlətin istedadlı gənclərə dəstəyini belə xarakterizə edib: 
“Ölkəmizdəki gənclərin istedad və bacarıqlarını dəyərləndirmək hər birimizin borcudur. Gələcək fəaliyyətimizdə də gənc rəssamların və digər yaradıcılıq sahələrində çalışan istedadların  üzə çıxmasına və təbliğinə çalışacağıq. Dövlətimiz istedadlı gənclərin inkişafı üçün hər cür şərait yaradıb. Biz də çalışmalıyıq ki, bu yöndə dövlətimizə bacardığımız köməyi edək ki, cəmiyyətimiz üçün sağlam vətəndaş yetişsin”. 
Tədbirin sonunda gənc  rəssamlara dipolmlar təqdim edilib. 
Qaynar.info