Xəbər lenti

QHT rəhbəri Qara Dəniz Əməkdaşlıq Təşkilatıyla razılıq əldə etdi
Ölkə12:00 09.09.2013

QHT rəhbəri Qara Dəniz Əməkdaşlıq Təşkilatıyla razılıq əldə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Demokratik Islahatçı Gənclər” İctimai Birliyi Qara Dəniz Əməkdaşlıq Təşkilatı ilə birgə “ Qara Dəniz ölkələrinin Vətəndaş Cəmiyyəti İnstitutlarının regional əməkdaşlığı-problemlər və perspektivlər” adlı beynəlxalq Forum keçirəcək.
Qaynar.info xəbər verir ki, bu barədə razılıq DİGİB sədri Vüsalə Hüseynli ilə qurumun beynəlxalq əlaqələr üzrə baş katibinin müavini, səfir Traian Chebeleu ilə ğörüşdə əldə olunub.
Demokratik Islahatçı Gənclər” İctimai Birliyindən verilən məlumata görə, görüş zamanı Vüsalə Hüseynli səfirə, Azərbaycanda Vətəndaş Cəmiyyəti İnstitutlarının inkişafından,  QHT-lərə dövlət tərəfindən göstərilən qayğının nəticəsi olaraq yaradılmış milli donor institutları barədə - Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Azərbaycan Prezidenti yanında Gənclər Fondu haqqında məlumat verib. Gənclər təşkilatının rəhbəri bildirib ki, bu gün Azərbaycanın Vətəndaş Cəmiyyəti İnstitutları beynəlxalq layihələrdə mütəmadi iştirak edir. V.Hüseynli qeyd edib ki, bu gün Azərbaycanda istənilən səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün həm Vətəndaş Cəmiyyəti, həm də Dövlət tərəfindən yüksək səviyyəli dəstək sərgilənməkdədir.
Görüş zamanı QDƏT-nin dəstəyi ilə Azərbaycanda beynəlxalq tədbirin keçirilməsi barədə razılıq əldə olunub. Qeyd edək ki, görüş sentyabrın 4-6-da Rumınyanın paytaxtı Buxarestə keçirilən Qara Dəniz ölkələri Vətəndaş Cəmiyyəti İnstitutlarının 6-cı Forumunda baş tutub. Vüsalə Hüseynli eyni zamanda, Forum çərçivəsində Moldovanın ombudsmanı Aureliya Qriqoriunin müdafiəsi ilə bağlı qətnaməni tədbir iştirakçılarına təqdim edib. O, tədbir iştirakçılarına məlumat verib ki, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün Moldovanın xanım ombudsmanı hazırda Ermənistan tərəfindən təzyiqlərlə üzləşməkdədir: “Ona görə də, beynəlxalq təşkilatların bu məsələyə münasibət bildirmələri olduqca böyük önəm daşıyır”.
Azərbaycanın QHT rəhbərinin tədbir iştirakçılarına təqdim etdiyi qətnamə artıq bir çox təşkilatlar tərəfindən imzalanıb.
Qaynar.info