Xəbər lenti

QHT rəhbərinin “Lexus”u yandı
Ölkə19:50 20.10.2014

QHT rəhbərinin “Lexus”u yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Səbail rayonunda avtomobil yanıb. Qaynar.info APA-ya istinadən xəbər verir ki, hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb. “Lexus” markalı  10- UA-350  dövlət nömrə nişanlı maşın qəfildən alovlanıb. 
Xoşbəxtlikdən maşında olan  2 nəfərə heç  xəsarət dəyməyib. Maşının sürücüsü Mahirə Əmirhüseynovanın sözlərinə görə, avtomobildə nasazlıq hiss edən kimi ətrafdakıların təkidindən sonra avtomobili tərk edib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin  texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb.
İlkin ehtimala görə, yanğına maşının mühərrik hissəsində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, zərərçəkən Mahirə Əmirhüseynova “XXI Əsrin Qadınları” İctimai Birliyin rəhbəridir. 
Qaynar.info