Dünya 17:59 03.02.2023

Qırğızıstanın baş naziri çıxış yazmaq üçün süni intellektdən istifadə etdi

Qırğızıstanın baş naziri Akılbek Japarovun Qazaxıstanın "Digital Almatı” forumunda çıxışının bir hissəsini süni intellekt yazıb.
 
Qaynarinfo Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabineti rəhbərinin özü məlumat verib.

Çıxışında o, müasir kompüter texnologiyalarının üstünlüklərindən danışıb, onlardan ən vacibi kimi iki sahəni - kriptovalyutalar və süni intellektin adını çəkib. O, buna misal kimi məşhur ChatGPT botunu göstərib ki, onun sözlərinə görə, "biznes məktəblərində imtahanları uğurla verir, onlayn müsahibələrdən keçir və iş tapır”.

"10 il əvvəl fantaziya olan şey bu gün reallığa çevrilib. Nə deyə bilərəm ki, mənim bugünkü çıxışım qismən bu süni intellektdən istifadə etməklə yaradılıb”, - deyən Japarov zalda alqışlara səbəb olub.
 
Alpər