Xəbər lenti

Qırıcılar Naxçıvan səmasında uçuşlar həyata keçirdi (VİDEO)
Ölkə14:09 05.10.2021

Qırıcılar Naxçıvan səmasında uçuşlar həyata keçirdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvanda "Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb.
Qaynarinfo-nun məlumatına görə, təlimin ssenarisinə əsasən bölmələr praktiki fəaliyyətləri yerinə yetirirlər.
Bölmələrin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq üçün komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşunlar fasiləsiz idarə olunur, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun fəaliyyət göstərirlər.
Komandirlər tərəfindən ərazi qiymətləndirilir, düşmən mövqelərinə gizli yaxınlaşma istiqamətləri seçilir, hərəkət marşrutları öyrənilir, şəxsi heyətin fəaliyyəti müxtəlif üsullarla məşq etdirilir.
Xüsusi həmlə qrupları tərəfindən düşmən mövqelərinə yaxınlaşma, düşmənin optik cihazlarından və sərrast atəşindən yayınma fəaliyyətləri icra edilir.
Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotoji manevrlərlə təlim-məşq uçuşları keçirilir.
<iframe width="823" height="463" src="https://www.youtube.com/embed/1U1Fcbt6gaA" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">