Xəbər lenti

Qırıcılarımız İstanbul səmasında (FOTO)
Ölkə16:52 21.09.2021

Qırıcılarımız İstanbul səmasında (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsi Atatürk Beynəlxalq Hava Limanında keçirilən "Texnofest-2021” festivalındakı aviaşouda ilk uçuşunu edib.
Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, festivalda çətin pilotaj manevrlərlə nümunəvi uçuş keçirən hərbi pilotumuz izləyənlər tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, sentyabrın 26-dək davam edən festivalda Azərbaycan HHQ-nin 2 ədəd MİQ-29 qırıcı təyyarələri müxtəlif vaxtlarda nümunəvi uçuşlar edəcək.