Xəbər lenti

Qırğızıstan hökuməti azərbaycanlı biznesmeni ölkədən qovur
Ölkə10:08 23.05.2018

Qırğızıstan hökuməti azərbaycanlı biznesmeni ölkədən qovur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı iş adamı sənədləri saxtalaşdırdığına görə Qırğızıstandan deportasiya ediləcək.
Qaynarinfo report-a istinadən xəbər verir ki, birinci və ikinci instansiya məhkəməsinin qərarlarına əsasən, Azərbaycandan olan cərrah Samir Ramiz oğlu Muradov ölkəni tərk etməlidir.
Belə ki, Samir Muradov Qırğızıstanda, demək olar, 10 il işlədikdən sonra öz biznesini qurmaq qərarına gəlib. Amma onun sözlərinə görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən, eləcə də məhkəmə sistemindəki özbaşınalıq nəticəsində hüquqları pozulub.
İş adamı son ana qədər ədalətli qərar qəbul edilməsi üçün mübarizə aparmaq niyyətində olduğunu bildirib.