Qırğızıstan
və Tacikistan hərbi heyət və texnikanı sərhəddəki silahlı qarşıdurma zonasından
geri çəkməyə başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik
Komitəsinin (QMTN) Sərhəd Xidmətindən bildiriblər.
Xidmətdən
verilən məlumata görə, sərhəddəki vəziyyət "sabit” olaraq xarakterizə olunur.
Ötən gecə ərzində heç bir insident və ya atışma qeydə alınmayıb.
"Tərəflər
dövlət sərhədindən qalıcı yerləşdirmə nöqtələrinə əlavə qüvvə və varlıqlarını
geri çəkməyə başlayıb", - xəbərdə deyilir.
Bununla
belə sərhəd bölmələri gücləndirilmiş iş rejimində çalışır.
Şərhlər