Xəbər lenti

“Qırmızı Körpü”də 230 avtomobil gözləyir
Ölkə16:32 29.12.2023

“Qırmızı Körpü”də 230 avtomobil gözləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü” gömrük postunda hazırda 230 avtomobil gözləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. 
Bildirilir ki, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, "Astara” gömrük postunda 0, "Biləsuvar” gömrük postunda 35, "Mazımqara” gömrük postunda 44, "Samur” gömrük postunda 20 və "Xanoba” gömrük postunda 6 yük maşını var.