Xəbər lenti

Qırmızı Körpünü keçən Tiflis pinqvini yoxa çıxıb
Ölkə13:00 18.06.2015

Qırmızı Körpünü keçən Tiflis pinqvini yoxa çıxıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qırmızı Körpünü keçən pinqvin yoxa çıxıb.

Anspress-in məlumatına görə, Tiflis zooparkının mütəxəssizləri leysanın səbəb olduğu daşqınlarda Azərbaycan sərhədlərinə üzən afrikalı pinqvini tapa bilməyiblər. 

Dünən zoopark administratorluğuna məlumat verilmişdi ki, Qırmızı Körpünün yaxınlığında pinqvin görünüb. Heyvanxananın mütəxəssizlər qrupu operativ şəkildə deyilən yerə yollansalar da, pinqvini orada tapa bilməyiblər.

Afrika pinqvininin üzərək Azərbaycana keçdiyi ehtimal olunur.

Afrikalı pinqvinlər gürcü zooparkına 2014-cü ilin iyul ayında Böyük Britaniyanın Torki şəhərində yerləşən "Living Coasts" tərəfindən hədiyyə edilmişdi. 

Tiflis Pinqvinariumu böyük hovuz və qumlu çimərliklərlə əhatə olunub. Ərazidə kiçik mağaralar və gildən yuvalar düzəldilib.

Qaynar.info