"Ya Azərbaycanın dediyi şərtləri qəbul edəcəklər, ya da ərazimizdən çıxıb gedəcəklər. BQXK-nin ölkəmizdə fəaliyyətinə qətiyyən ehtiyacı yoxdur. Azərbaycanda Qızıl Aypara Cəmiyyəti var. Onlar Qarabağ ermənilərini humanitar yardımlarla təmin edə bilərlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının olduğu BQXK-ya xatırlatması fonunda qurumun prosesə münasibətini şərh edərkən deyib:
"Qırmızı Xaç Komitəsinin heç bir məhdudiyyət olmadan hər hansı bir ölkənin ərazisində bu şəkildə hədsiz fəaliyyəti beynəlxalq səviyyədə nəzərdə tutulmayıb. Çünki paralel olaraq Qızıl Aypara Cəmiyyəti də var. Qərb ölkələrində Qızıl Aypara Cəmiyyətinin BQXK-nin fəaliyyət göstərdiyi şəkildə fəaliyyətinə imkan verməzlər. Xankəndidə fəaliyyət göstərən BQXK-nin şöbəsi də bilavasitə Bakıda fəaliyyət göstərən bölməyə tabe olmalıdır. Bunun əksinin baş verməsi hüquq pozuntusudur. BQXK hansı hüquqla yardımların daşınmasını müzakirə predmetinə çevirir? Bu gün İranda yaşayan bəluclara məgər bütün ərzaqlar Pakistandan gətirilir? Xeyir, bu məhsullar onlara İranın digər ərazilərindən daşınır. Bu, bütün ölkələrdə belədir”.
Ekspert qeyd edir ki, Qarabağda yaşayan ermənilər hansısa məhdudiyyət və qıtlıqdan danışırsa, onun həlli üçün Azərbaycanın digər ərazilərindən istifadə edə bilərlər:
"Özləri etmirsə və kimsə bu məsələdə vasitəçilik etmək istəyirsə, buyurub Azərbaycanın digər bölgələrindən bu məhsulları daşısınlar. Daşımırlarsa, bu onların problemidir. Bu məsələdə heç bir güzəşt ola bilməz, burada dövlətin maraqları mütləq mənada öndə olmalıdır”.
Qeyd edək ki, Qarabağa humanitar yardım adı altında BQXK işçilərinin qaçaqmalçılıqla məşğul olması faktı aşkarlandıqdan sonra, Azərbaycan Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının olduğu bir daha qurumun diqqətinə çatdırıb.
Rüfət Sultan
Şərhlər