Xəbər lenti

Qış Azərbaycana nə vaxt gələcək?
Ölkə11:01 22.11.2017

Qış Azərbaycana nə vaxt gələcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycana qış fəsli dekabrın 21-i Bakı vaxtı ilə saat 20:27:54-də daxil olacaq.
Bu barədə "Report”a açıqlamasında AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib.
Onun sözlərinə görə, həmin vaxt ən uzun gecə müşahidə olunacaq: "Bu halda gecənin uzunluğu azərbaycan ərazisi üçün 14 saat 43 dəqiqə olacaq. Həmin an cənub yarım kürəsində isə ən uzun yay gecəsi olacaq”.