Xəbər lenti

Qış geri qayıtdı: Azərbaycanda qar yağdı
Ölkə13:51 12.04.2015

Qış geri qayıtdı: Azərbaycanda qar yağdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb. Qaynar.info APA-ya istinadən xəbər verir ki, Quba rayonunun Xınalıq kəndinə 10 sm, Qırız yaşayış məntəqəsinə 10 sm, Qonaqkənd, Nohurdüzü, Rük və Susaya isə 3-4 sm qar düşüb. 
Qusar rayonunun Ləzə kəndində də 3 sm qalınlığında qar qeydə alınıb. 
Quba Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, temperatur bəzi yaşayış məntəqələrində mənfi 3-4 dərəcəyə düşüb. 
Yağıntılı hava şəraiti aprelin 14-dək davam edəcək. 
Qaynar.info