Xəbər lenti

Qış vaxtına keçid ləğv edilib: saatlar niyə avtomatik geri çəkilir? (VİDEO)
Ölkə16:08 29.10.2017

Qış vaxtına keçid ləğv edilib: saatlar niyə avtomatik geri çəkilir? (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qış vaxtına keçid keçən il Nazirlər Kabinetinin qərarı ilə ləğv olunsa da, bir sıra telefonlarda saatların avtomatik geri çəkilməsi baş verib. Halbuki, aidiyyati qurumlar bunun baş verməməsi üçün lazımi addımların atıldığını açıqlamışdılar.
Bəs görəsən mobil telefonlarda avtomatik qaydada saatın dəyişməsi niyə baş verib?
"Qaynarinfo"nun "Xəzər TV"yə istinadən məlumatına görə, nə qədər addımlar atılsa da gələcəkdə yenə belə problemlərin yaşana biləcəyini bildirən ekspert Rövşən Əkbərov kiçik bir dəyişikliklə problemdən yaxa qurtarmağın mümkün olduğunu deyib.
Bu arada Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəzi qurğularda yaranan vaxt problemi ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, bəzi mobil qurğularda avtomatik qaydada saatların bir saat geriyə çəkilməsinə səbəb həmin cihazlarda proqram yenilənmələrinin quraşdırılmaması və istifadəçinin telefonun tənzimləmə parametrlərində vaxtın şəbəkədən avtomatik təyin edilməsi imkanlarının seçilməməsi olub.
Qaynarinfo.Az