
"Azəristiliktəchizat" ASC Azərbaycanda noyabrın 15-dən başlayacaq 2013-2014-cü il istilik mövsümünə tam hazırdır.
ASC-dən bildiriblər ki, 2013-2014-cü il mövsümünə hazırlıq çərçivəsində tədbirlər planında nəzərdə tutulan bütün lazımi işlər görülüb. Həmçinin, ASC tərəfindən istilik xətlərinin çəkilməsi, təmiri və dəyişdirilməsi, qazanxanaların tikintisi və təmiri, o cümlədən nasosların quraşdırılması və təmiri işləri aparılıb.
ASC-dən deyiblər ki, qış mövsümündə istehlakçıların istiliklə tam təmin olunması üçün bütün lazımi işlər görülüb. "Azəristiliktəchizat" ASC-dən bildirilib ki, 2013-2014-cü il istilik mövsümündə istiliklə təchiz olunacaq yaşayış binalarının sayı 3120-dir. Ötən mövsüm isə bu göstərici 2819 yaşayış binası olub.
Bu il ölkədə istilik enerjisi ilə təmin edilən obyektlərin sayı və onların inkişaf dinamikası ilə bağlı ümumi cədvəl:
Qaynar.info