Xəbər lenti

Qısqanc qardaş yeni evlənmiş bacısını amansızlıqla öldürdü - TƏFƏRRÜAT+YENİLƏNİB
Ölkə09:17 12.10.2016

Qısqanc qardaş yeni evlənmiş bacısını amansızlıqla öldürdü - TƏFƏRRÜAT+YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt şəhər sakini bacısını qətlə yetirib. Bu barədə “Report”a şəhər prokurorluğundan məlumat verilib.
Məlumata görə, şəhərin “Saray bağları” ərazisində yaşayan 1992-ci il təvəllüdlü Şahbazov Pərviz İsmayıl oğlu bacısı 22 yaşlı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. O, əməlini etiraf edib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
*  *  *
Dünən Sumqayıtda baş vermiş dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı Pərviz Şahbazovun bacısı 22 yaşlı Zümrüd Soltanovanı qısqanclıq üstündə öldürdüyü məlum olub. 
Bəlli olub ki, Z.Soltanova bir müddət əvvəl ailə həyatı qurub. Daha sonra onun ailəsində problemlər yaranmağa başlayıb. Bu səbəbdən 22 yaşlı qızın qardaşı ilə də münasibətləri pozulub və dünən Z.Soltanova atasının evində qardaşı tərəfindən amansızlıqla qətlə yetirilib.
Araşdırmalar davam etdirilir.
Qaynarinfo.Az