Xəbər lenti

"Qiymətlər istəyir 10 dəfə bahalaşsın, ruzini verən Allahdır" - Tahir İmanov
Ölkə15:22 13.01.2022

"Qiymətlər istəyir 10 dəfə bahalaşsın, ruzini verən Allahdır" - Tahir İmanov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ruzini verən Allahdır. Ona görə də mən bahalaşmadan çox da narahat deyiləm”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Bakupost.az-a Əməkdar artist Tahir İmanov unun və bir çox ərzaq məhsullarının bahalaşmasına münasibət bildirərkən deyib.
O bildirib ki, bu məsələləri, əslində, siyasətçilər, iqtisadçılar şərh etməlidir:
"Mən bu haqda heç nə deyə bilmərəm. Ən azından ona görə ki, siyasətçi deyiləm. Bununla bağlı siyasətçilər danışsınlar. O ki qaldı bahalaşmaya, ruzini verən Allahdır. Mən Allaha təvəkkül edirəm. İstəyir 10 dəfə bahalaşsın. Allah ruzini verirsə, problem yoxdur".