Xəbər lenti

Qız qaçıran şəxs tutuldu
Ölkə10:22 23.08.2013

Qız qaçıran şəxs tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zaqatalada qız qaçıran şəxs tutulub. 
Anspress-in verdiyi məlumata görə, avqustun 19-da Zaqatala rayonunun Muxax kənd sakini İslam Məmmədov RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün qızı Qəndabın Filqət adlı şəxs tərəfindən evlənmək məqsədi ilə oğurlandığını bildirib.
Faktla əlaqədar cinayət işi başlanıb. Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Məmmədovanın Faldarlı kənd sakinləri Rövlan Əliyev, Filqət Mustafayev, Vüsal və Nail adlı şəxslər tərəfindən oğurlanıb həmin kənd sakini Şahin Abdullayevin evində saxlanılması müəyyən edilib.
R.Əliyev tutulub, digərlərinin də saxlanılması üçün tədbirlər görülür.
Qaynar.info