Xəbər lenti

Qız qaçırmaq istədilər, evdəki qonağı da döydülər - GÖYÇAYDA
Ölkə07:53 07.01.2014

Qız qaçırmaq istədilər, evdəki qonağı da döydülər - GÖYÇAYDA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Göyçay rayonda müdhiş olay baş verib. 

Belə ki, rayonun Potu kəndinin sakini Ariz Əliyev qardaşı (qardaşının adını dəqiqləşdirə bilmədik, ancaq Şıbı ləqəbi ilə tanındığı bildirilir) ilə birlikdə Göyçay rayon Potu kəndinin digər sakini Ağasəf Məmmədovun qızını qaçırmaq istəyib.

Rayondan Qaynar.info-ya verilən məlumata görə, qardaşlar dayıları Rəşad və digər qohumları ilə birlikdə qızını qaçırmaq istədikləri valideynlərin - Ağasəf Məmmədovun və ailəsinin etirazı ilə üzləşiblər.

Bundan əsəbiləşən çağırılmamış qonaqlar qızı, anasını və evdəki qonağı vəhşicəsinə döyüblər. 

Buna görə də Ağasəf Məmmədov Göyçay Rayon Polis Şöbəsinə, habelə Daxili İşlər Nazirliyinə müraciət edib. Hər 4 şəxs polis tərəfindən saxlanılıb, lakin sonradan onlardan biri sərbəst buraxılıb.

Hazırda qardaşlar, eləcə də onlarla birlikdə bu işdə iştirak edən dayıları Rəşad həbs olunublar.

Qaynar.info