Xəbər lenti

“Qızıl buts” sahibinə verildi
İdman18:58 05.11.2014

“Qızıl buts” sahibinə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldoya “Qızıl buts” mükafatı təqdim olunub.

Qaynar.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, mükafat Avropa çempionatlarının ən yaxşı bombardirinə verilir.

K.Ronaldo mükafatı “Barselona”nın hucumçusu Luis Suareslə bölüşməli olub. Çünki hər iki futbolçu bir mövsümdə 31 qol vurub.

Qeyd edək ki, Ronaldo daha əvvəl iki dəfə “Qızıl buts”a layiq görülmüşdü. 2008-ci ildə “Mançester Yunayted”in heyətində, 2011-ci ildə isə Madrid “Real”ında adıçəkilən mükafat portuqaliyalı futbolçuya təqdim olunmuşdu.

Qaynar.info