
13:33
Qızıldaş qəsəbə sakinləri bu saatlarda aksiya keçirilər.
Son Məlumata görə, qəsəbə sakinləri Müşviq qəsəbəsindəki YPX postunu bağlayıblar. Aksiya hələ də davam edir.
****
23:04
Qaynar.info xəbər verir ki, bu haqda məlumatıqəsəbə sakinləri veriblər.
Onlar bildiriblər ki, Qızıldaşda 200 nəfərə yaxın gənc aksiya keçirir: "Səbəb dünən Qobustan rayonunda baş verən qəzadır. Yol polisi avtomobili qovması nəticəsində 2 maşın toqquşub ve nəticədə 8 nəfər adam dünyasını dəyişib, onlardan 3 nəfəri qızıldaşlıdır".
Xatırladaq ki, dekabrın 28-də saat 15 radələrində Qobustan rayonu Cəngi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Nurlan Qasımov və Ağsu rayon sakini İnqilab Hacıəliyevin idarə etdikləri "VAZ-2107” markalı avtomobillər toqquşub. Qobustan rayonu Qızılbaş qəsəbə sakini, 1990-cı il təvəllüdlü Qasımov Nurlan Ədalət oğlu və sərnişinləri - Qızılbaş qəsəbə sakinləri Əliyev Güloğlan Balaxan oğlu və Bəndiyev Rəhman Əmrah oğlu dünyasını dəyişib.
Ağsu rayonun Qasımbəyli kənd sakini, 1956-cı il təvəllüdlü Hacıyev İnqilab Tacəddin oğlunun idarə etdiyi 90 BC 517 dövlət nömrə nişanlı "VAZ 2107” markalı avtomobildə olan 4 nəfər – sürücü özü, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini, 1985-ci il təvəllüdlü Xəlilov Səməndər Kamandar oğlu, 1937-ci il təvəllüdlü Nuriyeva Tutu Əli qızı və Ağsu rayonu Gəgəli kənd sakini, 1991-ci il təvəllüdlü Mədətov Valeh Şirin oğlu da ölüb.
Fotolar: Samirindir.
Qaynar.info




















