Xəbər lenti

Qızla tanış olmaq istədi, 10 gün həbs edildi
Ölkə14:10 30.08.2024

Qızla tanış olmaq istədi, 10 gün həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda parkda xanımla tanış olmaq istəyən şəxs həbs edilib. 
Qaynarinfo-nun məlumatına görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən parkda baş verib. 
Z.M. bacısı ilə parkda dincələnən zaman 1995-ci il təvəllüdlü M.B. onun əyləşdiyi oturacağa əyləşərək tanış olmaq istədiyini bildirib. Qız həmin şəxs tərəfindən narahat edildiyi üçün bacısı ilə yaşadığı evinə doğru piyada hərəkət etməyə başlayıb. Bu zaman M.B. yenidən ona yaxınlaşaraq, onu narahat etməyə başlayıb. Qızı şikayəti əsasında M.B. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 
Məhkəmənin qərarı ilə M.B. barəsində 10 gün müddətə inzibati həbs tətbiq edilib. 
Aydın