Xəbər lenti

Qobuda təcili yardım bərbad yola görə ünvana çata bilmədi, xəstəni FHN gətirdi
Ölkə11:52 14.08.2018

Qobuda təcili yardım bərbad yola görə ünvana çata bilmədi, xəstəni FHN gətirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Abşeron rayonunun Qobu qəsəbəsində təcili yardım yolun bərbadlığı səbəbindən ünvana çata bilməyib.
Qaynarinfo Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qəsəb sakini, 1964-cü il təvəllüdlü Reyhan Məhərrəm qızı Quliyevanın səhhəti kəskin pisləşdiyi üçün yaşadığı ünvana həkim briqadası çağırılıb, lakin yolun keçilməzliyi səbəbilə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) avtomobili çağırış olan əraziyə çata bilməyib. 
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər xəstəni xərəklə TTTYS-nin avtomobilinin olduğu əraziyə çatdıraraq həkim briqadasına təhvil veriblər.