Xəbər lenti

Qobustana dolu düşdü, Xarmidorçaydan sel keçdi - Faktiki hava
Ölkə 21:33 13.06.2024

Qobustana dolu düşdü, Xarmidorçaydan sel keçdi - Faktiki hava

Azərbaycanda faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya ya bildirilib ki, iyunun 13-ü saat 20:00-a olan məlumata əsasən, Altıağac, Şahdağ, Xaltan, Quba, Qusar (Laza), Xınalıq, Qobustan, Qrız, Şabranda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.


Yağan leysan xarakterli yağışlar nəticəsində saat 15:43 radələrində Quba rayonu Xaltan kəndi ərazisindən keçən Xarmidorçaydan sel keçib.


Saat 18:42-18:53 radələrində Qobustan rayonuna diametri 14-20 mm olan dolu düşüb.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->