
Qobustan rayonunda 5 avtomobil yanıb.
Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “Aqrotexniki servis” Açıq Səhmdar Cəmiyyətinin ərazisinə yığılmış, yol-nəqliyyat qəzası zamanı yararsız vəziyyətə düşmüş 2 ədəd “VAZ”, 2 ədəd “QAZ” və 1 ədəd “Moskviç” markalı minik avtomobillərinin yanar hissələri və 1 kv.m sahədə quru ot yanıb. Digər avtomobillər və yaxınlıqdakı anbar yanğından mühafizə olunub.
Yanğının səbəbləri araşdırılır.
Qaynar.info