Xəbər lenti

Qobustanda qəza: 3 nəfər ölüb
Ölkə06:22 24.11.2016

Qobustanda qəza: 3 nəfər ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsində “Opel” markalı minik avtomobilinin dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Qaynarinfo.Az FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Ölənlərdən biri kişi, biri qadın, biri isə uşaqdır.
Qaynarinfo.Az