Xəbər lenti

Qohumunun “Mitsubishi Pajero”sunu cızan qadın cərimələndi
Ölkə22:45 02.05.2025

Qohumunun “Mitsubishi Pajero”sunu cızan qadın cərimələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lənkəran rayonunda qohumuna məxsus "Mitsubishi Pajero” markalı avtomobili qəsdən cızan qadın məhkəmə qarşısına çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə rayonun kəndlərindən birində baş verib.
1981-ci il təvəllüdlü F.H. ad-soyadlı qadın Bakıda yaşayan və rayona qonaq gəlmiş qohumuna məxsus "Mitsubishi Pajero” markalı avtomobilə qəsdən zərər yetirib. Naməlum səbəblərdən F.H avtomobilin bəzi hissələrini daş parçası ilə cızıb. Nəticədə avtomobil sahibinə 1000 manat məbləğində maddi ziyan dəyib.
Övladlarının tələbə olduğunu bildirən təqsirləndirilən qadın hadisəni qohumu ilə küsülü olduğu üçün törətdiyini deyib.
Məhkəmənin qərarı ilə, F.H İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Aydın