
Qax-Zaqatala zəlzələ bölgəsində inşaat işləri görən Türkiyənin "Hekim Holdinq” şirkətinin Dağlıq Qarabağda separatçı rejimlə iş birliyi qurduğu məlum olub.
Bu haqda "Yeni Cümhuriyyət”ə məlumat daxil olub. Qaynar.info saytı məlumatı daha da araşdıraraq ortaya yeni faktlar çıxardıb.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatalada dağılmış evlərin sakinlərinin məskunlaşdırılması və uşaq bağçalarını yerləşdirilməsi üçün Türkiyənin "Hekim Holdinq” Şirkətlər Qrupuna bağlı "Özge Yapı” Anonim Şirkətinin istehsalı olan hazır binalar alıb.
Araşdırmalarımız zamanı məlum oldu ki, şirkətin rəsmi internet səhifəsində holdinqə daxil olan "Özqe Yapı” şirkətinin rəsmi internet səhifəsində şirkətin iş gördüyü ölkələr arasında Ermənistan və "Dağlıq Qarabağ Cümhuriyyətinin” yer alıb.
Maraqlısı isə budur ki, bu şirkəti ölkəyə FHN dəvət edib və inandırıcı görünmür ki, FHN rəsmiləri bu şirkətin harda iş apardığını, kimlərlə işlədiyindən xəbərsiz olsun. Belə olan halda FHN rəsmilərini belə bir şirkətlə əlaqə saxlaması xeyli sual doğurur.
Ən əsası isə separatçı "Dağlıq Qarabağ Cümhuriyyətini” tanıyan bir şirkətin Azərbaycanda tikintini keyfiyyətli aparması inandırıcı görünmür.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa səfər edən şəxslərin ölkəmizə gəlməsi üçün viza verilməməsi barədə qərar qəbul edib. Eyni zamanda XİN-nin rəsmi internet səhifəsində arzuolunmaz şəxslərin siyahısını dərc edilib.
Bu siyahıya əsasən Azərbaycan iqtidarını tənqid edən jurnalistlərlə yanaşı, Qarabağa səfər edən tanınmış siyasət adamları daxil edilib.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayevlə əlaqə saxladıq. O, Qaynar.info-ya məsələni araşdırdıqdan sonra açıqlama verəcəklərini bildirdi.
Şirkətin rəsmi səhifəsinin linkinə buradan baxa bilərsiniz:
http://www.ozgeyapi.com/referanslar/detay/Yurtdisi-Referanslar/59/8/0
Qaynar.info
