
Bakıda qətl törədilib.
Bu barədə APA-ya Sabunçu Rayon prokurorluğundan bildirilib.
Hadisə ötən gecə Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Eliset Hacımətov münaqişə zəminində qonşusu Anatoli Kabayevi bıçaqlayaraq öldürüb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Hacımətov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Qaynar.info