Xəbər lenti

Qoruqların ziyarətçiləri qəbul edəcəyi vaxt açıqlandı
Ölkə18:00 28.12.2019

Qoruqların ziyarətçiləri qəbul edəcəyi vaxt açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlar yanvarın 2-dən etibarən ziyarətçi qəbul edəcək.
Bu barədə Qaynarinfo-ya Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, "31 dekabr” Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə Dövlət Turizm Agentliyinin tabeliyində olan "Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, "Basqal” Dövlət Tarix-Mədəniyyət, "Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, "Lahıc” Dövlət Tarix-Mədəniyyət, "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq və "Kiş” Tarix-Memarlıq qoruqları 31 dekabr 2019-cu il və 1 yanvar 2020-ci il tarixlərinin qeyri-iş günü hesab olunması ilə əlaqədar 2 yanvardan etibarən ziyarətçi qəbul edəcək.