Bakıda dilənçi qadının evindən oğurluq edən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 2000-ci ildə Yevlax şəhərində doğulmuş Anar Sərdarov (ad-soyad şərti) 18 aprel 2023-cü il tarixdə, saat 01:30 radələrində Səliqə adlı qadının evinə daxil olaraq, onun sol əli ilə ağız nahiyəsindən tutub və boğulma təhlükəsi yaratmaqla əynindəki köynəyinin cibindən 150 manat nağd pulu və 10 manat dəyərində bank kartını ələ keçirib.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmədə ifadə verən Anar özünü edilmiş ittiham üzrə qismən təqsirli bilərək deyib ki, Bakı şəhərində müxtəlif ünvanlarda gecələyib, dilənərək gündəlik pul qazanıb. Zərərçəkmiş şəxs bir müddətdir ki, tanıyıb, həmin qadının pulu oluğunu bilib. Çünki, Səliqə də müxtəlif ünvanlarda dilənməklə Nəsimi rayonunun "Kubinka” adlanan ərazisində yaşayıb.
O, qadının evinə nəfəslikdən daxil olub. Bu zaman həmin qadın oyansa da, onunla birgə yataqda yatan uşağı yatmağa davam edib. Qadın qışqırmağa başlayıb və təsqirləndirilən şəxs "Qorxma, ay bibi” deyərək onu sakitləşdirməyə çalışıb. Bu zaman Anar onun ağzından tutaraq sakitləşdirib və pullarını ələ keçirdikdən sonra ordan uzaqlaşıb.
Məhkəmənin qərarı ilə Anar Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Aydın