Xəbər lenti

Qoyunlarına görə söyüş söydü - Həbs edildi
Ölkə 17:27 09.09.2024

Qoyunlarına görə söyüş söydü - Həbs edildi

Balakən rayonunda çoban həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə rayonun Gərəkli kəndində baş verib.

1990-cı ildə Balakən rayonunun Poştbinə kəndində anadan olmuş Otello Mustafayev Gərəkli kəndində qoyun otardığı zaman heyvanlardan bir neçəsi sürüdən uzaqlaşaraq başqa istiqamətə getdiyi üçün əsəbiləşib.

Həmin vaxt iki polis əməkdaşı ona yaxınlaşıb və ətrafda digər şəxslərin olduğunu bildirərək, sakitləşməsini tələb ediblər. Otello onları dinləməyib vəkəndin ortasında 20 dəqiqəyə yaxın söyüş söyüb. 

Məhkəmənin qərarı ilə saxlanılan şəxs 10 gün müddətə inzibati həbs edilib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->