
Quba sakini elektrik mişarı ilə ehtiyatsız davrandığından xəsarət alaraq ölüb.
Qaynarinfo.Az Daxili İşlər Nazirliyhinin saytına istinadən xəbər verir ki, iyulun 22-də Quba rayonunun Adur kəndində yaşayan Saleh Qazıxanov evində elektrik mişarı ilə ehtiyatsız davrandığından ayaq nahiyəsindən xəsarət almışdır. O, xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qaynarinfo.Az