Xəbər lenti

Quba-Xınalıq yolunda təhlükəli vəziyyət - VİDEO
Ölkə13:14 11.09.2016

Quba-Xınalıq yolunda təhlükəli vəziyyət - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir tərəfdə sel suları nəticəsində yararsız vəziyyətə düşən avtomobil yolu, digər tərəfdə bu yoldan keçməkdən başqa şansı olmayan yerli sakinlər... 10 günə yaxındır ki, Quba-Xınalıq yolunda sel sularının yaratdığı çətinlik səbəbindən rayonla əlaqəsi kəsilən 7 kəndin sakinləri hər gün təhlükə ilə üz- üzədirlər.

Alternativ hesab olunan Alpan-Susay-Xınalıq yolu isə uzun müddət istifadə olunmadığından bu yolda avtomobillərin hərəkəti mümkünsüzdür.

Problemlə bağlı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) idarə rəisi Aydəmir Manafov isə deyir ki, yolun 29-cu kilometirliyində körpü qəzalı vəziyyətə düşüdüyü üçün teknikalar əraziyə keçə bilməyib. İndi körpü bərpa olunur, iş başa çatandan sonra yolun təmiri istiqamətində işlər görüləcək.(ATV)

Qaynarinfo.Az