Xəbər lenti

Qubad İbadoğlu tərəfdarlarını piketə çağırdı
Ölkə12:17 19.08.2022

Qubad İbadoğlu tərəfdarlarını piketə çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasını qeydiyyata almaqdan imtina edib.
Bu barədə Qaynarinfo-ya partiyanın icra aparatının rəhbəri Ellada Məmmədli məlumat verib. Ədliyyə Nazirliyi partiyanın qeydiyyata alınmamasına səbəb kimi ADR Partiyasının nizamnaməsində Azərbaycan Respubikası prezidentinin, Milli Məclisinin və yerli özünüidarəetmə orqanlarının seçkiləri zamanı siyasi partiyadan nümayəndələrin irəli sürülmə qaydasını pozduğunu göstərib.
Xatırladaq ki, Ədliyyə Nazirliyiartıq üçüncü dəfədir ki,  ADR-in qeydiyyat sənədlərini geri qaytarır.
Qeyd edək ki, partiyaya Qubad İbadoğlu rəhbərlik edir. Azərbaycan Demokratiya və Rifah Hərəkatı 2015-ci ildə yaranıb. 2021-ci ildə hərəkat Azərbaycan Demokratiya və Rifah Partiyasına çevrilməsi ilə bağlı bəyanat verib. 
ADR Partiyası ƏN-nin qərarı ilə razılaşmayıb.Qubad İbadoğlu partiya üzvlərini etirazını bildirmək üçün avqustiun 24-də saat 12-də Ədliyyə Nazirliyinin qarşısında keçiriləcək piketə dəvət edib. Bu barədə Bakı şəhər İcra Hakimiyyətini məlumatlandırılıb.
Bahar Rüstəmli