Xəbər lenti

Qubad İbadoğlu partiya içində saldığı nifaqı daha da şiddətləndirəcək - Arif Hacılı
Ölkə13:29 30.01.2015

Qubad İbadoğlu partiya içində saldığı nifaqı daha da şiddətləndirəcək - Arif Hacılı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qubad İbadoğlu partiya içində saldığı nifaqı daha da şiddətləndirmək üçün növbəti cəhd edəcək"
Qaynar.info xəbər verir ki, bu sözləri Musavat partiyasının başqanı Arif Hacılı öz "facebook" səhifəsində yazıb.
Arif Hacılı: "Sabah M.Ə.Rəsulzadənin doğum günündə Qubad İbadoglu partiya içində saldığı nifaqı daha da şiddətləndirmək üçün növbəti cəhd edəcək".
Xatırladaq ki, 2014-cü ilin sentyabrın 27-də keçirilən sonuncu qurultayında partiya başqanı postuna namizədlərdən biri olub. Həmin seçkidə Arif Hacılı 228 səslə qalib gəlib. 200 səs toplamış Qubad İbadoğlu və tərəfdarları seçkidə pozuntular olduğunu iddia edir, nəticələri tanımır. 
Qubad İbadoğlunun səsvermədən narazı olan Musavatçılarla birlikdə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı təsis edib.
Qaynar.info