Xəbər lenti

Qubada bəylə gəlini aparan maşın aşdı (FOTO)
Ölkə16:37 26.08.2018

Qubada bəylə gəlini aparan maşın aşdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Quba rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, rayonun Zıxır kəndində toy günü içərisində bəy və gəlinin olduğu maşın dağlıq ərazidən keçən meşə yolunda aşıb.
Hadisə zamanı bəy və gəlin yüngül xəsarət alıb.
Aşmış maşını qaldırmaq üçün əraziyə traktor çağrılıb. Yol bir müddət bağlı qalıb.
Faktla bağlı araşdırma aparılır.