Xəbər lenti

Qubada ceyran ovlayan şəxs saxlanıldı (FOTO)
Ölkə08:08 13.01.2019

Qubada ceyran ovlayan şəxs saxlanıldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Quba rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Quba rayonu üzrə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Tülər kəndi ərazisində ölkəmizdə ovlanması qanunla qadağan olunmuş meşə fonduna aid bir baş ceyran ovlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla onun həmin kənd sakini Habil Muradov olduğu müəyyən edilib.
Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırmalar aparılır.