Quba rayonunun Rustov kəndi ərazisində elektrik dirəyinin aşması səbəbindən yanğın baş verib.
"Report"un verdiyi məlumata görə, yanğın nəticəsində 300 m³ sahədə quru kol-kos sahəsi və vətəndaşa məxsus 30 ədədə yaxın yeni əkilmiş fındıq ağacı yanıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb.