Xəbər lenti

Qubada gənci ildırım vurdu
Ölkə05:01 16.05.2013

Qubada gənci ildırım vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həmin şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

Mayın 15-i axşam saatlarında Quba rayonun Afurca kəndində bədbəxt hadisə baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Mustafayev Amil İdris oğlunu mal-qara otararkən ildırım vurub.

O, dərhal Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Mustafayevin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info