Xəbər lenti

Qubada həyatı iflic oldu
Ölkə08:06 14.12.2013

Qubada həyatı iflic oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hadisə  Bu gün səhər saatlarından Quba-Xınalıq yolunun 51-ci km-liyi artıq qar uçqunundan təmizlənib.

Qaynar.info anspress-ə istinadən xəbər verir ki. hazırda ərazidə 6 saylı Yol İstismar İdarəsinin əməkdaşları və ağır texnika çalışır. Yolun digər hissələrindəki qarın təmizlənməsinə başlanacaq.

Hazırda Qubanın Xaltan və Xınalığa gedən yolların qardan təmizlənir. Rayonun dağlıq kəndlərinə isə hərəkət mümkün deyil. Rayonun 15 kəndinin elektrik enerjisi kəsilib. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hazırda yaranan problemlərin aradan qaldırılması istiqamətində var gücləri ilə çalışırlar.

Qaynar.info