Xəbər lenti

Qubada səhər güclü partlayışla açıldı: yaralı var
Ölkə05:48 20.11.2013

Qubada səhər güclü partlayışla açıldı: yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Partlayış nəticəsində ağır yaralanan qadın xəstəxanaya yerləşdirilib

Bu gün səhər saatlarında Qubada yaşayış evində güclü partlayış baş verib. ANS PRESS-in  verdiyi məlumata görə, hadisə Tofiq İsmayılov 2 ünvanında baş verib. Partlayış nəticəsində evdə olan Səbirə Səlimova ağır yaralanıb. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.

Quba rayon İcra Hakimiyyəti başçısınin birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Yusif Abidovun ANS PRESS-ə verilən məlumata görə, ilkin araşdırmalar zamanı partlayış qaz sızması nəticəsində baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qaynar.info