Xəbər lenti

Qubada ŞOK olay: Özünü ov tüfəngi ilə vurdu
Ölkə17:43 16.03.2016

Qubada ŞOK olay: Özünü ov tüfəngi ilə vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Quba rayonunda intihar hadisəsi baş verib. 

Rayonun Amsar kənd sakini 52 yaşlı Mehdi Orucov özünə məxsus ov tüfəngi ilə sinə nahiyəsinə atəş açıb.

52 yaşlı Mehdi Orucovun intiharının səbəbi bəlli deyil.

Quba rayon mərkəzi xəstəxanasına çatdırılan yaralı dərhal əməliyyat olunub. Lakin qırmalar Orucovun ürəyini zədələdiyindən həkimlər onun həyatını xilas edə bilməyiblər. 

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir. Mehdi Orucovun hansı səbəbdən intihar etdiyi araşdırmalardan sonra məlum olacaq.

Analoji hadisə ötən il noyabr ayında Qubanın İqriq kəndində baş verib. Kənd sakini 55 yaşlı Əhmədxan Haşımov intihar edib. Ə.Haşımov kimyəvi dərman içib. Yaxınları onu Quba rayon mərkəzi xəstəxanasına aparsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Əhmədxan Haşımov yolda keçinib.

Quba rayon prokurorluğundan aldığımız məlumata görə, onun Türkiyə istehsalı olan və meyvə bağlarında istifadə edilən həşərat dərmanı içdiyi, zəhərlənmədən dünyasını dəyişdiyi məlum olub. (anspress)

Qaynar.info