Xəbər lenti

Qubada sürüşmə - 8 kəndlə əlaqə kəsildi
Ölkə16:54 28.10.2016

Qubada sürüşmə - 8 kəndlə əlaqə kəsildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Quba rayonun dağlıq ərazidə sürüşmə baş verib.
Quba rayonunu Xınalıq kəndi ilə birləşdirən avtomobil yoluna 3 tondan böyük qaya parçası torpaq qatı ilə birlikdə düşüb. Nəticədə Quba-Xınalıq yolunun 35-ci kilometrliyi bağlanıb. Hazırda 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib.

"Azəravtoyol" ASC-nin Xınalıq üzrə sahə rəisi Bilal Sultanov bildirib ki, yolun açılması üçün əraziyə texnika cəlb olunub: "Hazırda yol bağlıdır və bu yoldan istifadə edən sürücülər çox ehtiyatlı olsunlar".(report)

Qaynarinfo.Az