Xəbər lenti

Qubada toy karvanında qaydaları pozan 8 nəfər saxlanıldı
Ölkə20:09 14.11.2025

Qubada toy karvanında qaydaları pozan 8 nəfər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qubada toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan 8 nəfər Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Qaynarinfo-ya DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə P.Babayevin barəsində 8 sutka, Ş.Vəliyevin barəsində 15 sutka həbs tədbiri seçilib.
Saxlanılan digər şəxslərin barələrində də digər inzibati tənbeh tədbirləri görülüb