Xəbər lenti

Qubanı sel apardı - VİDEO
Ölkə11:55 20.05.2013

Qubanı sel apardı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qubanın Çiçi kəndinə güclü yağış yağıb. 

“Qafqazinfo” xəbər verir ki, sel o qədər güclü olub ki, ağacları kökündən çıxarıb. Yarımtikililəri və tövlələri su aparıb, su borularını tamamilə yararsız, körpüləri isə demək olar ki, keçilməz edib. 

Saat 16:00 radələrindən başlanmış güclü dolu və leysan yağışları Qubanın Çiçi kəndində böyük təhlükələr yaradıb. Evlərin zirzəmiləri, su boruları, körpülər dağılıb. Kənd sakini Asim Muradovun tövləsini sel dağıdıb, evini qəzalı hala salıb. Məktəblə əlaqə kəsilib. Bir neçə iri buynuzlu heyvanını da sel aparıb.